Kür və Araz çaylarının suyu təhlükə mənbəyinə çevrilir

img

24-07-2009 [01:59]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz tarnssərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının ikinci ongünlüyü üçün keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən çaya axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə qatılıq həddini keçib: ?Eyni zamanda Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən keçən məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri də yol verilən qatılıq həddindən yüksəkdir. Beləki, Şıxlı-2, Ağstafaçay məntəqələrində və Ağstafaçay su anbarında suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3, ammonium ionları isə 1,1 dəfə yol verilən qatılıq həddini keçib. İyul ayının ikinci ongünlüyündə Araz çayında suyun sərfi saniyədə 22,6 kubmetr olub. Aparılan monitorinqin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 4, 1-ci Şahsevən və Bəhramtəpə məntəqlərində fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddini keçib?. İ.İbrahimova deyib ki, iyul ayının ikinci ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının birinci ongünlüyünə nisbətən saniyədə 70 kubmetr azalaraq saniydə 193 kubmetr təşkil edib: ?Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA