Abituriyentlər sabahdan ixtisas seçiminə bazlaya bilərlər

img

24-07-2009 [12:40]


?Bütün qruplar üzrə ixtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasiəsilə aparılır. II ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər?. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının ( TQDK) mətbuat xidmətindən daxil olum. Məlumata görə, ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul keçirilən ixtisasların siyahısı, ali məktəblərin qabiliyyət imtahan komissiyaları üzrə müsabiqə şərtləri, ixtisas seçimi mərhələsində ?Abituriyentin elektron ixtisas seçimi ərizəsi?nin doldurulma qaydası və digər zəruri məlumatlar ?Abituriyent? jurnalının 4-cü sayında dərc olunub. Orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 7-dən 11-dək elektron ərizələrinə daxil olub, orta ixtisas məktəblərinin ixtisaslarını seçə bilərlər. Orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, kodları, müsabiqə şərtləri ?Abituriyent? jurnalının 5-ci sayında dərc edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA