Seçki Monitorinq Mərkəzinin 8 yazı tamam oldu

img

24-07-2009 [11:22]


İyulun 24-də Seçki Monitorinq Mərkəzinin (SMM) təsis edilməsindən 8 il ötür. Seçkilər, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu ilə məşğul olan SMM 2001-ci ilin 24 iyulunda təsis olunub. Təsis olunduğu gündən etibarən Azərbaycan Respblikasında keçirilən referendum, parlament, prezident və bələdiyyə seçkilərini müşahidə edib. Bununla yanaşı SMM üzvləri ENEMO-nun və ATƏT-in missiyaları tərkibində Albaniya, Belarus, Türkiyə, Ukrayna, Gürcüstan, Qırğızstan, Qazaxstanda keçirilən seçkiləri və referendumu müşahidə ediblər. 2006-2008-ci illər ərzində SMM 6 dəfə Ədliyyə nazirliyinə qeydiyayta alınmaq üçün müraciət edib. 5 dəfə sənədlər müxtəlif bəhanələrlə geri qaytarıldıqdan sonra 1 fevral 2008-ci ildə təşkilat dövlət qeydiyyatına alınıb. 17 aprel 2008-ci ildə Ədliyyə nazirliyi ?Seçki Monitorinq Mərkəzi? İctimai Birliyinin yaradılması zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar, habelə yaranması və fəaliyyətində qanunvericiliyin kobudcasına pozulduğuna görə qeydiyyatının etibarsız hesab edilməsi və ləğv olunmasına dair qətnamə qəbul edilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib. Xətai rayon Məhkəməsinin 14 may 2008-ci ildə çıxardığı qətnamə ilə Ədliyyə nazirliyinin iddiası təmin edilib və qətnamə dərhal icraya yönəldilib. Bundan sonra SMM-in mərkəzi ofisinin əməkdaşlarına və bölgə nümayəndəlirinə qarşı təzyiqlər edilməyə başlayıb. Bakıda və bölgələrdə ofislər nəzarətdə saxlanılıb, könüllülərə təzyiqlər edilib. 15 oktyabr 2008-ci il prezident seçkisi öncəsi təzyiqlər daha da intensivləşib. SMM-in təsisçisi Bəşir Süleymanlı hazırda məhkəmə işinin davam etdirildiyini bildirib: ? Bizim Xətai rayon Məhkəməsinin qərarından verdiyimiz şikayətlər nə Bakı Apellyasiya Məhkəməsində, nə də Ali Məhkəmədə təmin olunmayıb. Biz bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verməyə hazırlaşırıq?. 1 dekabr 2008-ci ildə SMM-in təsisçiləri və üzvləri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzini (SMDT) təsis ediblər. SMDT-nin təsisçisi Bəşir Süleymanlı Ədliyyə nazirliyinin sənədləri artıq 1 dəfə geri qaytardığını bildirb: ?Biz sənədlərdəki çatışmazlıqları ardan qaldıraraq yenidən nazırliyə təqdim etmişik. Amma qanunvericilikdə göstərilmiş müddətin bitməsinə baxmayaraq hələ də cavab verilməyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA