Elçin Behbudov: ?Polis bölməsində vəziyyəti pisləyəzən Qasımov Söhbətə izgəncə verilməyib?

img

24-07-2009 [10:54]


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sərdi Elçin Behbudov ?Azadlıq? qəzetinin müraciəti əsasında Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsində olub. Bu barədə Müstəqil İnformasiya E.Behbudovun özü məlumat verib: ?Mən orada rəis müavini İlham Umayevlə görüşərək söhbət etdik. İyulun 17-si saat 12:10 radələrində Gədəbəy rayonu sakini, 1966-cı il təvəllüdlü Qasımov Söhbət Musa oğlu öz avtomobili ilə yol hərəkəti qaydalarını pozub. Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanaraq və ondan sənədlərini təqdim etməsini tələb edilib. Üzərində sənədlər və polisi tabe olmadığından 4-cu bölməyə gətirilib. 4-cü bölmənin rəis müavini İ.Umayev mənə bildirdi ki, Q.Söhbət bölməyə gətirilən zaman halı birdən birə dəyişib. Həyətdə hovuz olduğundan onun üstünə çoxlu su töküblər ki, özünə gəlsin. Daha sonra isə növbətçi hissədən təcili yardımı çağırıblar. Təcili tibbi yardım isə gələrək onu Binəqədi qəsəbəsində yerləşən Məlikova adına 6 saylı şəhər xəstəxanasına aparıblar. Xəstəxanaya aparıldıqdan sonra orada infarkt xəstəliyindən dünyasını dəyişib. Mən məsələni aydınlaşdırmaqdan ötrü təcili olaraq adıçəkilən xəstəxanaya getdim. Qasımovu qəbul edən həkimlərlə görüşdüm. Araşdırmalardan məlum oldu ki, Qasımov Söhbət həqiqətən də infarkt xəstəliyindən dünyasını dəyişib?. Hüquq müdafiəçisi Q.Söhbətə qarşı polis bölməsində heç bir işgəncə faktının olmadığını deyib: ?Bu barədə Binəqədi Rayon Prokurorluğu və DİN tərəfindən araşdırmalar aparılır. Hazırda ekspertiza da rəy verib ki, adıçəkilən şəxs infarkt xəstəliyindən dünyasını dəyişib. Ancaq mənim ehtimalıma görə, dünyasını dəyişmiş şəxs xəstəxanaya gətirilən zaman çox əsəbi imiş və qışqıraraq ?Gör, mən onların başlarına nə oyun gətircəm? deyirmiş. Mən elə başa düşürəm ki, bölmədə yox, ola bilsin ki, post-patrul xidməti onu bölməyə gətirən zaman qeyri-insanı və kobud rəftar ediblər. Yəni, burada sırf işgəncə faktı olmayıb. Yenə də təkrar edirəm ki, 4-cü polis bölməsində ona heç bir işgəncə faktı tətbiq olunmayıb?. E.Behbudov onu da bildirib ki, həmin şəxsin qohumları tərəfindən məsələni aydınlaşdırmaq üçün heç bir rəsmi müraciət olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA