Vergilər Nazirliyi vakant iz yerlərilə bağlı müsabiqə elan edib

img

23-07-2009 [01:30]


Vergilər Nazirliyi vergi orqanlarına işə qəbul olunmaq istəyən vətəndaşlar üçün növbəti müsabiqə elan edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumatda bildiriilb ki, müsabiqəyə sənəd qəbulu avqustun 3-dən 16-dək aparılacaq. Müsabiqədə yalnız hərbi xidmətə tam yararlı, iqtisadiyyat, hüquq, idarəetmə, informatika və beynəlxalq münasibətlər ixtisas sahələrindən birinə malik olan vətəndaşlar iştirak edə bilərlər. Bunun üçün onlar göstərilən müddətdə Vergilər Nazirliyinin internet saytında (www.taxes.gov.az) elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod veriləcək. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala biləcək. Sənədləri qəbul edilən namizədlərə avqustun 26-dan 28-dək imtahana buraxılış vərəqələri veriləcək. Müsabiqə Vergilər Nazirliyinin mərkəzi aparatındakı, bir sıra şəhər Ərazi Veriglər idarələri və bəzi rayon Vergi şöbələrindəki 33 boş yerin tutulması üçün keçiriləcək. Artıq nazirlikdə sənədlərin qəbulu üzrə işçi qrup da yaradılıb. Müsabiqənin test imtahanı avqustun 30-da, söhbət mərhələsi isə sentyabrın 7-dən 9-dək keçiriləcək. Sentyabrın 10-da isə nəticələr elan ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA