üç gün ərzində ölkədə qeyri-sabit hava zəraiti davam edəcək

img

23-07-2009 [12:16]


Dünəndən başlayan küləkli hava şəariti üç gün bundan sonra da davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarmadasında gündüz arabir hava açılacaq. Gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 20-25 m/s, yarımadanın bəzi yerlərində 30-35 m/s-dək güclənəcək. Gecə 23-26, gündüz 27-30 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək. İyulun 24-də havanın arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti gündüz yarımadanın bəzi yerlərində 30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 27-30 dərəcə olacaq. İyulun 25-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti olacağı proqnozlaşdırılır. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-24, gündüz 27-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyulun 23-24 və 25-də gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Küləyin sürəti 7-12 m/s, arabir 18-23 m/s-dək, ayrı-ayrı yerlərdə 27-32 m/s-dək, iyulun 24-də isə 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 22-26, gündğz 34-38, dağlarda gecə 13-18, gündüz 23-27 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA