39 Kütləvi informasiya Vasitəsinə 10 min manat maddi yardım edildi

img

22-07-2009 [07:08]


Bu gün Bakı Əyləncə Mərkəzində Milli Mətbuat Günün ilə əlaqədar Mətbuat Şurası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi tədbir keçirilib. Müstəqil İnformasiya Agkntliyinin xəbərinə görə, tədbirdə Prezident Admnistrasiyanın ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər şəxslər çıxış ediblər. Milli Mətbuat Günü ilə əlaqədar 39 KİV-ə hərəsinə 10 min manat olmaqla maddi yardım edilib. Qeyd edək ki, bu vəsaitin yarısının sıravi jurnalistlərə verilməsi nəzərdə tutulub. Yardım alan gündəlik qəzeti və iminformasiya agentliyinin siyahısını oxucularımızın diqqətinə çatdırırıq. ?ASSA-İRADƏ? agentliyi ?Ayna?-?Zerkalo? qəzeti ?Azad Azərbaycan? qəzeti ?Azadinform? İnformasiya Agentliyi ?Azadlıq? qəzeti ?Azərbaycan? qəzeti ?Azəri-Press? İnformasiya Agentliyi (APA) ?Azər-Press? İnformasiya Agentliyi ?Azerbaydjanskiye izvestiya? qəzeti ?Bakinski raboçi? qəzeti ?Bakı xəbər? qəzeti ?525-ci qəzet? ?Bizim yol? qəzeti ?Exo? qəzeti ?Ekspress? qəzeti ?Ədalət? qəzeti ?Həftə içi? qəzeti ?Xalq cəbhəsi? qəzeti ?Xalq qəzeti? ?İki sahil? qəzeti ?Kaspi? qəzeti ?Kaspiy? qəzeti ?Mərkəz? qəzeti ?Mövqe? qəzeti ?Novoye vremya? qəzeti ?Olaylar? qəzeti ?Olaylar? İnformasiya Agentliyi ?Palitra? qəzeti ?Paritet? qəzeti ?Paralel? qəzeti ?Respublika? qəzeti ?Səs? qəzeti ?Səs? İnformasiya Agentliyi ?Şərq? qəzeti ?Trend? İnformasiya Agentliyi ?Turan? İnformasiya Agentliyi ?Üç nöqtə? qəzeti ?Yeni Azərbaycan? qəzeti ?Yeni Müsavat? qəzeti. Qeyd edək ki Müstəqil İnformasiya Agentliyi siyahıda adı keçən agentlilərin bir çoxunadan daha populyar olsada və ardıcıl olaraq fəaliyyət göstərsədə yardım alan media quruluşlarının siyahısına daxil edilməyib. Bu isə bir daha bizim müstəqil olduğumuzu göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA