Esmira Orucovadan Azay Quliyev və Sahib Məmmədova qarzı sərt ittiham

img

22-07-2009 [05:38]


?Bizim layihənin Dövlət Dəstəyi Şurası tərəfindən qəbul edilməməsi ağılasığmaz hadisədir. Bu mənim şəxsi məsələm deyil, əgər şəxsi məsələm olsaydı, məhkəməyə müraciət etməzdim. Onlar əsas məsələni bir kənara qoyaraq, cəmiyyətin fikrini yayındıraraq başqa arqumentlər ortaya qoyurlar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliynin sədri Esmira Orucova deyib: ?Əslində, bizim məqsədimiz əsir və girovlarla bağlı və erməni vəhşiliyinin qurbanı olan, işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş insanların başlarına gətirilən müsibətlərlə bağlı böyük layihə keçirməkdir. Çnüki bu işlə məşğul olan bircə ictimai təşkilat var ki, o da bizik. Düzdür, bu problemlə dövlət səviyyəsində məşğul olan Əsir və İtkin düşmüş və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi var. Dövlət Komitəsində 1396 nəfər Əsir və girovluqdan azad edilmiş Azərbaycan vətəndaşı var. Amma bu rəqəm tam dəqiq deyil. Ancaq bizdə bu rəqəm 1400 nəfərdən dah çoxdur. Çünki mən bu insanlarla təmasda olaraq evlərini gedirəm və onlarla səmimi münasibət qururam. Onu da qeyd edim ki, Dövlət Komitəsinin siyahısında qadınların dəqiq sayı yoxdur və onlar çox vaxt siyahıya düşməkdən qaçırlar. Mən bu yaxınlarda girovluqda olmuş iki nəfər qadınla tanış olmuşam. Onlar özləri haqqında ictimai qınaqdan və adət-ənənələrdən utanaraq adıçəkilən quruma müraciət etməyiblər. Mən son vaxtlar qadınlar haqqında bu cür məlumatlar əldə etmişəm. Bildiyiniz kimi, Əsir və Girov düşmüş insanlar üzrə Dövlət Komitəsi MTN-nin nəzdindədir. İnsanlarda ?MTN xofu? olduğu üçün insanlar əsirlikdə başlarına gətirilən dəhşətli hadisələri sıxıla-sıxıla deyir, bəzən də çox şeyləri demirlər. Ancaq həmin insanlar mənimlə söhbət edəndə daha səmimi olaraq hər şeyi deyirlər. Ona görə də bütün bunları araşdırmaq və problemləri ortaya qoymaq üçün belə layihələr reallaşdırmaq lazımdır. Bizi narahat edən odur ki, Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin özü Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsinin üzvüdür. Belə olan halda, o, sabah hansı üzlə Komitənin üç aydan bir iclasında oturaraq, utanmadan deyəcək ki, bəli, mən bu gün əsirlərlə bağlı iş görən təşkilatın layihəsini ləğv elədim?. Hüquq müdafiəçisi bununla əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, iş hakim Abbas Rzayevə tapşırıldı: ?Bir neçə gündən sonra mən işlə bağlı evə zəng vurub maraqlananda A.Rzayevin köməkçisi dedi ki, sizin iddia ərizəniz geri qaytarılıb. Bundan sonra mən yenidən məhkəməyə müraciət edəndə bu dəfə iş Südabə Məmmədovaya verildi. İş Südabə xanımın stolunun üstünə gələn kimi heç bir əsas olmadan onu geri qaytardı. İndisə işim Sərdar Mehralıyev adlı hakimdədir. O, da vaxt məhdudluğunu bəhanə gətirərək məni get-gələ salmaq istəyir. Bundan sonra onlar məqsədlərimi yozaraq, ?525-ci qəzet? və ?Kaspi? qəzetlərində sifarişli şəkildə mənim şərəf və ləyaqətimi təhqir elətdirdilər. Lakin mənim onlar haqqında heç bir məhkəmə iddiası qaldırmaq fikrim yoxdur. Mən sadəcə Şuranı məhkəməyə vermişəm. Burada üç iddia qoyulub. Birincisi, 7 min manatlıq layihənin geri qaytarılması, ikincisi, medianın iştirakı ilə onlara fevral ayında təqdim etdiyim 18 min 600 manat dəyərində olan layihəmin müzakirəsi olunsun, üçüncüsü də mənim işgüzar və ictimai nüfuzuma qərəzli şəkildə zərbə vurduqları üçün Şuranın qabağına 50 min manat cərimə qoymuşam?. E.Orucova onu da bildirib ki, məhkəmədən heç bir müsbət bir cavab gözləmir: ?Çünki məhkəmədə iştirakım zamanı Şuranın Apellyasiya Komissiyasının sədri və Şuranın üzvü Sahib Məmmədovla görüşdük. Hələ məhkəmə başlamamışdan qabaq S.Məmmədov dəhlizdə mənə iddiamın qəbul olunmasına və layihənin həyata keçməsinə imkan verməyəcəyini dedi. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlara və xarici ölkə səfirliklərinə özünü ?hüquq müdafiəçisi? kimi sırıyan Sahib Məmmədov bu gün Azərbaycanda insan hüquqlarının pozuntusu ilə məşğul olur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA