Dini məzmunlu kitablar ixtisaslazdırılmız satız məntəqələrində satılacaq

img

22-07-2009 [03:18]


?Dini etiqad azadlığı haqqında? Qanuna edilən əlavə və dəyişikliklərin icrasına start verilib. Bu barədə Müstəqil İnformasiya Agentliynə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov məlumat verib. Onun sözlərinə görə, hazırda Dövlət Komitəsi qanunda edilmiş əlavə və dəyişikliklərin icrası ilə məşğuldur: ?Biz indiyədək xeyli iş görmüşük. Demək olar ki, bununla bağlı bütün lazımi tədbirlər görülüb. Bu iş mərhələlərlə həyata keçiriləcək. Qanunun icrasının ləngidilməsindən söhbət gedə bilməz?. Sözügedən qanuna edilmiş dəyişikliyə əsasən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçiriləcək. G.İsmayılov deyib ki, bununla bağlı bir sıra normativ aktlar tərtib olunub: ?İxtisasalaşmış mağazaların necə olması ilə bağlı artıq müvafiq təlimatlar hazırlanır, həmin mağazaların hansı prinsiplərlə fəaliyyət göstərmələrinə dair normativ aktlar artıq tərtib olunub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA