Azərbaycanın turizm kadrları Rumıniyada təcrübə keçəcəklər

img

22-07-2009 [02:55]


Milli turizm potensialının beynəlxalq aləmdə tanınmasına nail olmaq üçün xidmət sahəsində çalışanların peşəkarlığının artırılması, o cümlədən turizm yönümlü müəssisələr üçün milli kadrların hazırlanması məsələləri mühüm rol oynayır. Bunu nəzərə alan Mədəniyyət və Turizm Nazirliyi bəzi xarici ölkələrin təhsil müəssisələrilə əəməkdaşlıq istiqamətində addımlar atmağa başlayıb. Artıq Mingəçevir Turizm Kolleci ilə Rumıniyanın Braşov şəhərində yerləşən ?Andrei Barseanu? İqtisadi Kolleci arasında əməkdaşlıq əlaqələrinin yaradılması barədə razılıq əldə olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat veirlib. Nazirlikdən bildirilib ki, ?Andrei Barseanu? İqtisadi Kolleci Rumıniyanın ən qədim və ən çox tələbəsi olan məktəblərdən biridir. Azərbaycan tərəfinin bu kolleclə əməkdaşlığı çərçivəsində ölkəmizdə turizm xidməti sahəsində çalışacaq kadrların peşəkarlığını artırırmaq mümkün olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA