Zooparkdakı maral, cüyür və s. heyvanlardan bala alınıb

img

22-07-2009 [01:52]


Havaların isti keçməsi ilə əlaqədar ayı, ağ canavar, pələng, leapart, yaquar üçün zooparkda su hovuzları və variel yaradılıb. Bakı Zooloji Parkının direktoru Azər Hüseynov Müstəqil İnformasiya Agentliyinə deyib ki, fəsilə uyğun yeni doğulmuş heyvanlar da var: ?Cırtan maralı, Belorusdan gətirilmiş Avropa cüyürü, poniya, quşlardan tovuz quşu, qırqovul, dalğavari tutuquşlarından bala alınıb?. A.Hüseynov bildirib ki, heyvanların isti havalarda kölgələnməsi üçün zooparkda lazımi şərait yaradılıb: ?Zooparkın yaşıllığı da buna yol verir. Heyvanların sağlamlığı üçün baytar həkimlərimiz var. Həkimlər vaxtaşırı praktiki peyvəndləmə işləri aparırlar ki, bəzi heyvanlarda quduzlaşma, qara yara və digər xəstəliklər yaranmasın. Zooparkda gənə, birə olmaması üçün də həftə içi dezinfeksiya işləri aparılır. Yaşadıqları qəfəsləri müdəmadi olaraq təmizləyirik və çalışırıq ki, heyvanların yerləri təmiz olsun?. A.Hüseynov onu da deyib ki, heyvanların yemləmə prosesində də hər hansı problem yoxdur və havaların isti keçməsinə baxmayaraq, zoopark ?sakinləri?nin vəziyyəti qənaətbəxşdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA