?Aqrolizinq? Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı naziri ismət Abbasovun nəzarətinə keçdi

img

21-07-2009 [08:11]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 iyul 2009-cu il tarixində imzaladığı sərncama əsasən, aqrar bölmədə lizinqin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə ?Aqrolizinq? Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilib. Prezidentin digər sərəncamı ilə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilməsi üçün alınan gübrələrin, kənd təsərrüfatı texnikasının və avadanlığın kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən səmərəli istifadə edilməsinin asanlaşdırılması və istismara yararlı vəziyyətdə saxlanılmasını təmin etmək məqsədi ilə ?Aqrolizinq? Açıq Səhmdar Cəmiyyətinin aqroservis filiallarının ölkəmizin regionlarında tikintisinin davam etdirilməsi üçün 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün 5 (beş) milyon manat vəsait ayrılıb. ?Naxçıvan Aqrolizinq? Açıq Səhmdar Cəmiyyətinin sərəncamında olan gübrələrin və kənd təsərrüfatı texnikasının saxlanılması üçün xüsusi anbarların tikilməsi məqsədi ilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 (iki) milyon manat vəsait ayrılıb. Bu sərəncamdan sonra qəti şəkildə demək olar ki, ?Aqrolizinq? Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı naziri İsmət Abbasovun tam olaraq nəzarətinə keçdi. Məlumat üçün bildirək ki, ?Aqrolizinq? Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli Sərəncamı əsasında yaradılmışdır. Prezidentin 22 sentyabr 2005-ci il tarixli 1019 nömrəli və 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamları ilə Cəmiyyətin fəaliyyəti genişləndirilmişdir. Cəmiyyətin İdarə Heyəti 3 nəfər Kənd Təsərrüfatı Nazirliyindən, 2 nəfər isə İqtisadi İnkişaf Nazirliyindən olmaqla 5 nəfərdən ibarət idi. Cəmiyyətin Müşahidə Şurası isə İqtisadi İnkişaf Nazirliyindən 2 nəfər, Kənd Təsərrüfatı Nazirliyindən 2 nəfər, Maliyyə Nazirliyindən 1 nəfər olmaqla 5 nəfərdən ibarət formalaşdırılmışdı. Prezidentin məlum sərncamı isə İsmət Abbasovun həm də iqtisadi inkişaf naziri Şahin Mustafayevin üzərində qələbəsi kimi yozula bilər. Çünki bundan sonra Ş.Mustafayevin ?Aqrolizinq? Açıq Səhmdar Cəmiyyətinə təsir imkanları qalmaycaqdır. Bu quruma ayrılan vəsaitlərin xərclənməsinə İsmət Abbasov birbaşa göstəriş verəcəkdir. Qeyd edək ki, ?Aqrolizinq? Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramovdur. Son vaxtlar isə fermerlər Ə.Bayramovdan daha çox narazılıq edirdilər. Prezidentin aqrar bölmədə lizinqin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə imzaladığı bu sərəncamdan sonra Ə.Baramovun vəzifəsində qalıb-qalmayacağı sual altıdadır. Amma bu günə kimi Ə.Baramovun əsas himayəçisinin İsmət Abbasov olduğu da bildirilirdi. Deməli, bundan sonra da onların birgə işləmək ehtimalı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA