Elçin Behbudov seçki prosesində baz verən izgəncə hallarını arazdıracaq

img

21-07-2009 [04:16]


Bu gün İsgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) Media Mərkəzində ?Bələdiyə seçkilərin monitorinqi və insan hüquları pozuntularına məruz qalmış şəxslərə yardım? adlı layihəsini təqdim edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə açan komitə sədri Elçin Behbudovun sözlərinə görə, layihənin məqsədi seçki prosesi zamanı güç strukturları tərəfindən işgəncəyə, qeyri-insani rəftara məruz qamış şəxslərə hüquqi, psixoloji və sosial yardım göstərməkdir: ?Göstərilən hüquqi, psixoloji və sosial yardım efektiv və zamanında olmaqla, işgəncələrə, ləyaqətsiz davranışa məruz qalmış şəxslərin reabilitasiasına, adekvat kompensasiya almasına, siyasi proseslərə yenidən qayıtmasına və işgənçə verən şəxslərin ifşa edilməsinə, cəzalandırılmasına və s. nail olmaqdan ibarətdir. Azərbaycanda demokratiyanın və siyasi mədəniyyətin tam formalaşması və bu mühüm məsələlərin inkişaf etdirilməsini aktuallaşır. Bu məqsədlə ölkədə siyasi hüquqların tanınması, vətəndaşlara qarşı təzyiqlərin olmaması üçün içtimai dəstək hər zaman lazımdır. Nəzərə almaq lazımdır ki, bizim komitə insan hüquqlarının müdafiəsi və işgəncələrə qarşı mübarizədə strukturlaşmış bir təşkilatdır?. Layihə çərsivəsində İQAK-ın 5 nəfərdən ibarət ekspert qrupu aşağıdakı fəaliyyəti həyata keçirəcək: İşgəncə faktlarına dair əldə edilmiş informasiyanın mötəbərliyini aydınlaşdıracaq; İlkin tədqiqat aparılacaq; İşgəncə faktlarına dair əldə edilmiş mötəbər dəlil və sübutları işgəncə faktının qarşısının alınması və təqsirkar şəxslərin cəzalandırılmasından ötrü zəruri tədbirlərin görülməsi üçün səlahiyyətli hakimiyyət orqanlarına ötürəcək; Beynəlxalq təşkilatların, xüsusən də BMT-nin nəzdində fəaliyyət göstərən İşgəncələrə qarşı Komitənin diqqətini Azərbaycandaki işgəncə faktlarına yönəldəcək; İşgəncə qurbanlarına hüquqi, sosial və psixoloji yardım göstərəcək mütəxəssislərlə məsləhətləşmə aparacaq. Elçin Behbudov həmçinin deyib ki, layihə müddətində görülən işlər və əldə olunan nəticələr barəsində ictimayyətə məlumat veriləcəkdir: ?Layihənin müddəti başa çatdıqdan sonra yekun qiymətləndirmə üçün geniş həcmli hesabat hazırlanacaq. Həmin hesabatda həm işgəncə faktlarına dair toplanmış mötəbər dəlil və sübutlar, işgəncə qurbanlarının sayı və işgəncə növləri haqqında məlumatlar, işgəncə qurbanlarına göstərilən yardımlar və onların müsbət nəticələri, beynəlxalq təşkilatlarla, dövlət orqanları ilə əməkdaşlığın müsbət nəticələri və s. barədə, həm də donordan alınmış vəsaitin məqsədə müvafiq şəkildə xərclənməsinə dair geniş məlumatlar öz əksini tapacaqdır?. [b]Azər Sadıxov[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA