QHT-lərə Dövlət Dəstəyi Şurası yenidən məhkəməyə verildi

img

21-07-2009 [03:58]


?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını növbəti dəfə məhkəməyə verib. Birliyin rəhbəri Esmira Orucovanın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, iyul ayının 30-da məhkəməyə hazırlıq iclası keçiriləcək: ?İyun ayının 2-də Yasamal rayon Məhkəməsinə iddia əzirəsi vermişdim. Ərizə ilk dəfə geri qaytarıldı. Bilirdim ki, bu sifarişdir. Apellyasiya şikayəti versəm də, bunu da qəbul etmədilər. Nəhayət, razılığa gəldik ki, iyulun 30-da məhkəməyə hazırlıq iclası keçiriləcək. İşə hakim Sərdar Mehralıyevin rəhbərliyi ilə baxılacaq?. E.Orucova deyib ki, mübarizəni sonadək davam etdirəcək: ?Çünki bu təkcə mənim məsələm deyil. Bu, əsirlikdə işgəncələrə məruz qalmış Azərbaycan vətəndaşlarının problemidir. Bu gün Şuranın daxilində bu insanların problemlərinin üzə çıxmasını istəməyən qüvvələr var. Bu layihədən mənim imtina etməyə haqqım yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA