Sənədləri qaydasında olan dini icmalar qeydiyyata alınacaq

img

21-07-2009 [03:25]


Dini icmaların bəziləri artıq qeydiyyatdan keçmək üçün sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) təqdim ediblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin məsləhətçisi Zamin Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq bir neçə dini icma sənədlərini təqdim edib və komitə həmin sənədlərin qaydasında olub-olmadığını yoxlayır: ?Sənədləri hazır olan icmalar sırasına Ucar rayon ?Bulaq kənd? dini icması və bir sıra xristian mənşəli dini icmalar daxildir. Sənədlər qanunvericiliyə tam uyğunlaşdırılandan sonra qeydiyyat məsələsinə baxılacaq. Hər hansı bir dini icmanın qeydiyyatla bağlı sənədləşmə, kargüzarlıq və başqa məsələylə hansısa problemi yoxdur. Hüquq və Qeydiyyat Şöbəsi dini icmaların nümayəndələrini qəbul edib onlara ətraflı şəkildə qanunvericiliyin şərtlərini şərh edir. Eyni zamanda səlahiyyətimizdən kənarda olan bəzi məsələlərdə də onlara əlimizdən gələn köməklik edirik. Sənədləri qaydasında olan istənilən dini qurum qeydiyyatdan keçəcək. Sənədlərində probem olan qurumlar isə nəzərdə tutulmuş müddət ərzində həmin problemi aradan qaldırmalıdırlar. Əks halda biz onlara heç bir köməklik edə bilməyəcəyik. Amma icmanın fəaliyyətinin dayandırılmaması üçün əlimizdən gələni edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA