Bir gündə üç nəfər Xəzər dənizində batıb

img

21-07-2009 [03:17]


Ötən gün Xəzər dənizinin çimərliklərində üç boğulma hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirlyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Bakının Əzizbəyov rayonu Şüvəlan qəsəbəsi ərazisində Şərur rayon sakini Azər Zamanov, Mərdəkan qəsəbəsi ərazisində Binə qəsəbə sakini Amil Hüseynov dənizdə çimərkən suda boğulub. Həmin gün Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində Bakıxanov qəsəbə sakini Elman Məmmədov dənizdə çimərkən suda batıb. Hər üç faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA