Virus azkarlanan ölkələrdən Azərbaycana heyvan mənzəli məhsulların gətirilməsinə qadağa qoyulub

img

21-07-2009 [01:16]


A/H1N1 virusu (?Donuz qripi?) ilə bağlı monitorinqlər yenidən başlana bilər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat rəhbəri Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, əvvəllər aparılmış monitorinqlər zamanı götürülmüş nümunələrin heç birində xəstəlik daşıyıcısına rast gəlinməyib: ?Xəstəliyin qonşu Gürcüstan ərazisində aşkarlanması ilə əlaqədar olaraq monitorinqlərə yenidən başlana bilər. Hələki monitorinqlərə nə vaxt start veriləcəyi qərarlaşdırılmayıb. Ümumiyyətlə, bu xəstəlik heyvanlar arasında yox, insanlar arasında yayılır. Donuzlar arasında yalnız bir dəfə Kanadada müşahidə olunub. Bu isə yüngül formada sovuşub?. Y.Xanvəli həmçinin deyib ki, epizootik vəziyyətin narahatlıq doğurduğu bütün ölkələrlə ticarət əlaqələri güclü nəzarətə götürülüb: ?Ümumiyyətlə, həmin virusun aşkarlandığı bütün ölkələrdən Azərbaycana heyvan və heyvan mənşəli bütün məhsulların gətirilməsinə qadağa qoyulub. Qeyd edim ki, Gürcüstanda il yarım bundan öncə ?Afrika taunu? deyilən xəstəlik aşkarlanmışdı. Bununla bağlı olaraq həmin vaxtdan etibarən bu ölkədən heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə icazə verilmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA