IV ixtisas qrupu üzrə balların paylanması üçün jurnal dərc edilib

img

21-07-2009 [12:23]


IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri əsasında imtahan ballarının paylanması ?Abituriyent? jurnalının xüsusi buraxılışında dərc olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlanan bu vəsaitdə 2009-2010-cu tədris ili üçün respublikanın ali məktəblərinin IV ixtisas qrupuna təhsil formaları (ödənişsiz və ödənişli əsaslarla), Azərbaycan və rus bölmələri və hər iki bölmənin birgə müsabiqəsi üçün tələbə qəbulu planı, müsabiqədə iştirak etmək şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar, xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün qoyulan tələblər (minimal test imtahanı balı) və digər zəruri məlumatlar və tövsiyələr təqdim edilib. Bu vəsait II ixtisas qrupu üzrə qəbul imtahanından 2 gün sonra dərc edilib abituriyentlərin istifadəsinə veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA