Bu yay mövsümündə 37 nəfəri gün vurub, 21 nəfər suda boğulub

img

21-07-2009 [11:54]


?Bu günə kimi 37 nəfər günvurmadan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Onların 10 nəfərinin vəziyyətlərinin nisbətən ağır olduğuna görə xəstəxanalara yerləşdirilib?. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə müavini Rauf Nağıyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, Stansiyaya dünən də müraciət edən oluğ: ?Dünən müraciət edən 34 yaşlı Bakı sakinidir. Qadın günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib?. R.Nağıyev sözlərinə görə, bu günə kimi dənizdə boğulanların sayı 21 nəfərdir: ?Onların 8 nəfərinin vəziyyətlərinin ağır olduğuna görə xəstəxalara yerləşdirmişik. Boğulanların 11 nəfəri isə təəssüf ki, dünyasını dəyişib. Qeyd etdiyim rəqəm iyun ayının 30-dan, dünənə kimi qeyd alınanlardır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA