?Azərbaycan Dəmir Yolları? Qapalı Səhmdar Cəmiyyəti yaradılıb

img

21-07-2009 [11:32]


Prezident İlham Əliyev ?Azərbaycan Dəmir Yolları? Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda dəmir yolunun hərtərəfli inkişafı, iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi və görülən işlərin səmərəliliyinin daha da artırılması nəzərdə tutulub. Sərəncama əsasən, Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus ?Azərbaycan Dəmir Yolları? Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Nazirlər Kabinetinə tapşırılıb ki, Cəmiyyətin Nizamnaməsi və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilsin. Nəqliyyat Nazirliyinə Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi və digər tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA