Səhiyyə Nazirliyi Azərbaycanın ?donuz qripi?nə qarzı mübarizəyə hazır olduğunu bəyan edir

img

21-07-2009 [11:27]


Dünyada tüğyan edən ?donuz qripi? (A/H1N1) virusu Azərbaycan sərhədlərinə yaxılaşdığından ölkəmizin Gürcüstanla sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimi tətbiq olunub. Gürcüstanda aşkarlanan virus hələlik Azərbaycanda qeydə alınmayıb. Xəstəlik Azərbaycanda da aşkarlanarsa, aidiyyatı qurumlar buna hazırdırlarmı? Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji nəzarət sektorundan Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, xəstəliklə mübarizə məqsədilə lazımi profilaktik tədbirlər həyata keçirilib, bundan başqa virusun qeydə alındığı ölkələrdən Azərbaycana gələn insanlar üzərində bir həftə ərzində nəzarət aparılır. Nazirlikdən deyiblər ki, dezinfeksiyaedici preparatlarla, qoruyucu vasitələrlə bağlı da problem yoxdur. Azərbaycan Respublikası sözügedən təhlükəyə hazırlıq üçün həm də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq edir. ÜST bu əməkdaşlıq çərçivəsində bir müddət öncə Azərbaycan hökumətinə 10 mindən artıq insanın müalicəsi üçün ?Tamiflu? preparatı, 1000 testin aparılması üçün müvafiq laborator reagentlər verib. Qeyd edək ki, hələ ki dünyada ?donuz qripi? əleyhinə dərman preparatı hazırlanmayıb. Amma hazırda bu istiqamətdə iş gedir. ÜST-nin proqram üzrə koordinatoru Elxan Qasımovun sözlərinə görə, bu beynəlxalq təşkilat A(H1N1) əleyhinə peyvəndin hazırlanması istiqamətində peyvənd istehsalçıları ilə əməkdaşlığı davam etdirir. Hazırda peyvənd istehsalı ilə 20-dək şirkət məşğuldur. Təxminlərə görə, bu virusa qarşı peyvənd avqust-sentyabr aylarında hazır olacaq. Ondan sonra vaksinlər ehtiyacı olan ölkələrə göndəriləcək. Hələlik isə virusa təsir edən əsas dərmanlar ?Tamiflu? və ?Relenza? hesab olunur. İndiyədək dünyanın 125 ölkəsində 94512 virusa yoluxma hadisəsi qeydə alınıb, 429 nəfər bu xəstəlikdən dünyasını Dəyişib. Virusla yoluxanların sayının ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili, Avstraliyadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA