Su oğruları cərimələnəcək

img

21-07-2009 [11:23]


Hər ilin yay mövsümündə Bakının müxtəlif ərazilərində içməli su qıtlığı yaranır. Bu ildə yay mövsümü başlayandan şəhərin bəzi rayonlarında sakinlər anoloji problemə üzləşiblər. ?Azərsu? SC-nin mətbuat katibi Aqşin Rüstəmov Müstəqil İnformasiya Agentliyinə bildirib ki, yay mövsümündə içməli su təminatındakı gərginliklər əhalinin ondan qənaətlə istifadə etməməsilə bağlıdır. Bundan başqa ölkə əhalisinin təqribən yarısının Bakı şəhərində cəmləşməsi, yeni binaların inşa olunaraq istifadəyə verilməsi də su çatışmazlığı yaradan səbəblərdir. Qeyd edək ki, Bakı şəhərinin hazırki su şəbəkəsi 1,8 milyon nəfər üçün nəzərdə tutulub. Amma bu gün paytaxt və onun ətraf ərazilərində bundan bir neçə dəfə çox adam yaşayır. ?Azərsu? SC-də hesab edirlər ki, qanunsuz olaraq magistral su xətlərinə qoşulmaların artması, fərdi evlərdə sudan həyət sulamaq, bostan suvarmaq, avtoparklarda maşın yumaq hallarının çoxalması yayda paytaxtın su təminatı sahəsində gərginliklərə səbəb olur. ?Azərsu? əməkdaşları su xətlərinə icazəsiz qoşulma və ondan qanunsuz istifadə etmə hallarının qarşısını almaq üçün hazırda reydlər keçirirlər. İçməli sudan istifdə qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnəcəklər. Xatırladaq ki, hazırda sayğacı olan abunəçi 1 kub metr suya görə 18 qəpik, sayğacı olmayan ailə isə adambaşına ayda 6 kub metr su üçün 1 manat 32 qəpik ödəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA