IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı

img

20-07-2009 [09:16]


2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinə IV ixtisas qrupu üzrə iyulun 18-də keçirilən qəbul imtahanının nəticələri iyulun 20-də TQDK-nın internet səhifəsində yerləşdirilmişdir. İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla ?İmtahancell? xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 və ya 7737 nömrəsinə göndərməlidirlər. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər. IV ixtisas qrupu üzrə imtahanda 15218 abituriyent iştirak etmişdir. 4 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuşdur. Bu ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 3455-dir. Test imtahanının nəticəsinə əsasən 3785 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb (Azərbaycan bölməsi üzrə 3255 nəfər, rus bölməsi üzrə 490 nəfər). Ən yüksək nəticə göstərən abituriyent 695 olmuşdur olmuşdur. IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması ?Abituriyent? jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə ?Abituriyent? jurnalının 4-cü sayında dərc olunub. İxtisas seçimi mərhələsinə IV ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıblar. Orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 7-dən 11-dək internet vasitəsilə aparılacaq. Həmin ixtisasların siyahısı ?Abituriyent? jurnalının 5-ci sayında dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA