ADP iqtidarı korrupsiya və rüzvətin aradan qaldırılmasına, söz və mətbuat azadlığının qorunmasına çağırıb

img

20-07-2009 [09:06]


Bu gün ADP İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda ölkədəki ictimai-siyasi vəziyyət və həftə ərzində beynəlxalq aləmdə baş verən siyasi proseslər müzakirə olunub. Rusiya paytaxtında keçirilən və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində növbəti addımların atılmasına hesablanmış Moskva görüşünə mövqe bildirən toplantı iştirakçıları bu görüşün deklorativ xarakterli bir görüş olduğunu bildirməklə Qarabağ faktorundan siyasi məqsədləri naminə yararlanan Rusiyanın məsələnin beynəlxalq hüquqa uyğun və ədalətli həll olunmasında maraqlı olmadığını qeyd edib. İdarə heyəti üzvləri Adnan Hacızadə və Emin Millinin siyasi motivlər üzrə həbsindən bir daha narahat olduğunu bildirib, iqtidardan Azərbaycan ictimaiyyətinin və beynəlxalq təşkilatların haqlı çağrışlarına cavab olaraq onların dərhal azadlığa buraxılmasını tələb edib. İdarə Heyəti eyni zamanda bu gənclərə qarşı bəzi mətbuat orqanlarında, o cümlədən ?Hürriyyət? qəzetində dərc olunan qeyri obyektiv yazıları pisləyir və mətbuatı insan hüquqları ilə bağlı məsələlərdə diqqətli və həssas olmağa çağırır. MDB dövlət başçılarının ?At yarışı? adı altında Moskvada keçirilən görüşdə yüksək təmsilçiliyin baş tutmamasına və bu faktın artıq adət halı almasına diqqət çəkən toplantı iştirakçıları artıq bu qrumun iflas etdiyini və MDB ölkələri arasında ikitərəfli əlaqələrə mane olduğunu qeyd edib. ?Fridom Haus? təşkilatının insan hüquqları ilə bağlı açıqladığı illik hesabatda Azərbaycanın qeyri-demokratik ölkələr sırasına daxil edilməsi, ölkədə korrupsiya və rüşvətin tüğyan etməsi və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktına toxunan İdarə heyəti üzvləri bu təşkilatın hesabatında göstərilən faktların həqiqətə uyğun olduğunu qeyd etməklə Azərbaycan iqtidarını ölkədə qanunun aliliyinin qorunması, korrupsiya və rüşvətin aradan qaldırılması, insan hüquqlarının, söz, mətbuat və fikir azadlıqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA