Atəzkəs dövründə həlak olanlara zəhid adı zamil ediləcək

img

20-07-2009 [05:25]


Azərbaycan Respublikası Nazirlər Kabinetinin ?Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları?nda dəyişiklik edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dəyişikliklər Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alınaraq qəbul edilib. Qəbul edilmiş dəyişikliklərə görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərə şəhid adı şamil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA