Şirvan Milli Parkında yanğın baz verib

img

20-07-2009 [04:39]


Bu gün saat 15.30 radələrində Şirvan Milli Parkında yanğın başlayıb. Müstəqil İnformasiya Agentliyinin Şirvan bölgə müxbirinin verdiyi məlumata görə, yanğın təxminən bir saat davam edib. Nəticədə beş hektara yaxın ərazi yanıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə müvəffəq olublar. Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Qeyd edək ki, Şirvan Milli Parkında ceyranlar, nəsli kəsilməkdə olan quşlar və digər heyvanlar da qourunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA