çimərliklərdə suyun çirklilik səviyyəsi dəyizməyib

img

20-07-2009 [03:36]


Bəzi çimərliklərdə aparılan monitorinqlər zamanı suyun çirklənmə səviyyəsinin enmədiyi aşkarlanıb. Səhiyyə Nazirlyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin sanitar həkimi Eldar Abdullayev Müstəqil İnformasiya Agentliyinə məlumat verib ki, ötən həftə keçirilən monitorinqlər zamanı bütün çimərliklərdən nümunələr götürülərək yoxlanılıb: ?Əhaliyə çimməyə qadağan olunmuş Qaradağ rayonunun Sahil, Səbail rayonunun Şıx, Binəqədi rayonunun Novxanı və Hövsan qəsəbəsindəki çimərliklərdə dəniz suyunun çirklilik göstəriciləri olduğu kimi qalıb. Qalan çimərliklərdə göstəricilər hələlik norma səviyyəsini keçməyib?. E.Abdullayev bildirib ki, monitorinqlər davam etdirilir və bəzi çimərliklərdə sutəmizləyici qurğular quraşdırılıb: ?Bu qurğular vasitəsilə çirkab suları dənizə axıdılmazdan əvvəl təmizlənir. Belə qurğular əsasən Zuğulba ərazisində yerləşən Buzovna təmizləyici stansiyasında və Mərdəkan-Şüvəlan ərazilərində quraşdırılıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA