?Donuz qripi? ilə bağlı Azərbaycan-Gürcüstan sərhəddindəki rejim sərtləzdirildi

img

20-07-2009 [02:40]


A/H1N1 virusu ilə əlaqədar Gürcüstanla sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov Gürcüstanda A/N1N1 (?donuz qripi?) virusunun aşkarlanmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, səhiyyə nazirinin müvafiq əmrinə əsasən, müxtəlif etaplarda laboratoriyalardan başlamış həbsxanalara, poliklinikalaradək bütün məntəqələr nəzarətə götürülüb: ?Əmrdə konkret olaraq qeyd olunmayıb ki, qonşu ölkələrdə həmin xəstəlik qeydə alınarsa, hansı tədbirlər görülməlidir. Amma artıq sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimidir. Əsas məsələ budur ki, Azərbaycanda bu xəstəlik qeydə alınmayıb. Bu təhlükə yalnız xaricdən ölkəmizə daxil ola bilər. Ona görə də sərhəd-keçid məntəqələrində xaricdən gələn bütün vətəndaşlar yoxlanılır. ?Donuz qripi? qeydə alınan ölkələrdən gələn vətəndaşlar isə xüsusi müayinədən keçirilir. Müayinədən keçən vətəndaşlarda xəstəliyin hansısa əlaməti aşkarlanarsa, onlar dərhal ölkədən xaric olunurlar?. Ş.Qurbanov deyib ki, qonşu Gürcüstan ərazisində bu xəstəlik aşkarlandığı üçün, bu ölkəylə sərhəd-keçid məntəqələrindəki rejim daha da sərtləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA