700 kiloqrama yaxın saxlama müddəti ötmüz ərzaq məhsulları azkar olunub

img

20-07-2009 [02:22]


Iqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ölkə ərazisində istehlakçı hüquqlarının qorunması, həmçinin istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Nazirlikdən Müstəqil Informasiya Agentliyinə verilən məlumata görə, Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən ?Olimp? firma mağazasında, ?Şərur market?də, ?MİF market?də, ?Elvin market?də, Nizami rayonunda yerləşən ?Tural market?də, Gəncə şəhərindəki ?Ərzaq market?də, Cəlilabad rayonunun Qarazəncir kəndində Namiq Məmmədova məxsus ərzaq mağazasında ümumi çəkisi 700 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa, qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, meyvə şirələri, mayonezlər və s. aşkar olunmuşdur. Keyfiyyətsiz ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir. Bakı şəhərinin Binəqədi rayonunda ?İntizar? firmasına məxsus ?İntizar market?dəaparılmış yoxlama zamanı satışda mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş mallar aşkar edilməmişdir. Qanun pozuntusuna yol vermiş 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır. Ümumiyyətlə 17 may 2009-cu il tarixindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 35 hüquqi şəxsə 136,5 min manat, 189 fiziki şəxsə 284 min manat cərimə tətbiq olunmuşdur. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA