Hacıbala Abutalıbov Heydər Əliyev Sarayının arxasındakı evləri sökdürür

img

20-07-2009 [01:35]


Bu gün səhər saatlarından etibarən Heydər Əliyev Sarayının arxasındakı evlərin söküntüsünə başlanılıb. Söküntü işlərinə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) məsul əməkdaşları nəzarət edirlər. Hazırda Şəmsi Bədəlbəyli küçəsi 83 ünvanında yerləşən ikimərtəbəli evlər uçurulur. BŞİH əməkdaşlarından biri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, sökülən evlər plana düşüb. Onun sözlərinə görə, ərazidə yerləşən və söküləcək bütün evlərin sahiblərinə konpensasiya ödənilib: ?Ötən əsrin birinci yarısında inşa olunan bu evlər ərazinin görünüşünə xələl gətirirdi. Buna görə də Sarayın arxasında müasir üslubda park inşa etməyə qərar verdik. Yeni park təxminən bir hektar ərazini əhatə edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA