Bu gün bəzi bölgələrdə 42 dərəcə isti olacaq

img

20-07-2009 [12:59]


İyulun 20-21-də Bakıda və Abşeron yarımadasında isti hava şəraiti davam edəcək, mülayim şimal-qərb küləyi müşahidə olunacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin Milli Hidrometeoroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, iyulun 22-dən etibarən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq: ?Belə ki, iyulun 20-də gündüz saatlarında 32-36, axşam 28-30 dərəcə isti gözlənilir. İyulun 21-də isə temperatur gecə 24-28, gündüz 35-38 dərəcə olacaq. Azərbaycanın rayonlarında iyulun 21-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Temperaturların gündüz saatlarında 38-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə olacağı gözlənilir. İsti hava şəraitindən sonra, iyulun 22-dən etibarən 25-nədək ölkə ərazisinedə hava şəraitinin qeyri-sabit keçəcəyi, gecə və axşam saatlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntılar leysan xarakterli olacaq və dolu düşəcək. Güclü şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir küləyin surəti güclənəcək. Temperaturun ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcəyi gözlənilir?. A.Verdiyev həmçinin deyib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan hava şəraiti iqlim normasından 2,5 dərəcə yüksəkdir: ?Ötən sutkalar ərzində havanın maksimal temperaturu 35-40 dərəcə qeydə alınıb. Əvvəlki illərə nəzər salsaq, bu hava şəraitinin normal olduğunu görərik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA