IV qrup imtahanlarının nəticələri bu gün açıqlanacaq

img

20-07-2009 [12:40]


IV ixtisas qrupu üzrə iyul ayının 18-də keçirilən imtahanda 1027 abituriyent iştirak etməyib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilib. Məlumata görə, bu dəfə də imtahandan xaric edilənlər olub. Onların sayı 4 nəfər olub. TQDK-dan verilən məlumata görə, imtahanın nəticələri bu gün axşam saatlarında bəlli olacaq. Qeyd edək ki, iyulun 18-də keçirilən imtahanlarda iştirak etmək üçün 162 60 abituriyent sənəd vermişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA