Kəmaləddin Heydərovun səlahiyyətləri azaldılır

img

19-07-2009 [06:09]


[b]Nazirlər Kabinetinin icazəsi olmadan FHN Dövlət Taxıl Fondundan istifadə edə bilməyəcək [/b] Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları" təsdiq edilib. Qaydalarda göstərilir ki, Dövlət Taxıl Fondu Fövqəladə Hallar ?azirliyinin sərəncamına verilir. Amma qaydalarla yaxından tanış olanda aydınlaşır ki, Dövlət Taxıl Fonduna tam nəzarət fövqəladə hallar naziri Kəmaləddin Heydərova həvalə edilməyib. Qaydalara əsasən, Fonda taxılın tədarükü, Fonddan istifadəsi, yeniləşdirilməsi barədə müvafiq qərarı ?azirlər Kabineti qəbul edir və Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilir. Həmçinin, müvafiq qərara görə, Fonda taxılın tədarükü ?azirlər Kabinetinin müəyyən etdiyi həcmdə FHN tərəfindən icra edilir. Fonddan taxılın istifadəsi fövqəladə hallarda istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir. Fonddan taxılın istifadəsi barədə qərar da ?azirlər Kabineti tərəfindən verilir. Eyni zamanda müvafiq qaydalarda göstərilir ki, Fonddan taxılın istifadəsi daxili bazarda həmin məhsulun kəskin qiymət artımının qarşısının alınması məqsədi ilə həyata keçirilirsə, taxıl bazar qiymətlərindən aşağı satıla bilər. Bu halda satış qiyməti ?azirlər Kabinetinin qərarı ilə müəyyən edilməlidir. Saxlanma məntəqəsindən taxılın kənara verilməsi də ?azirlər Kabinetinin müvafiq qərarı ilə reallaşır. Qaydalarda bu sahəyə nəzarəti gücləndirmək məqsədiylə xüsusiylə qeyd edilir ki, FHN Taxıl Fondunun nəzərdə tutulan həcminin və çeşidinin formalaşmasına məsuliyyət daşıyır və hər altı aydan bir Fondun formalaşması və istifadəsi, habelə maliyyə, kredit və maddi ehtiyatlarının təminatı barədə hesabatı ?azirlər Kabinetinə təqdim edir. Hesabatın təqdim edilmə forması Azərbaycan Respublikasının ?azirlər Kabineti tərəfindən müəyyən olunur. Xatırladaq ki, bir müddət öncə K.Heydərovun səyi nəticəsində Dövlət Taxıl Fondu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən alınaraq FHN-nə verilmişdir. Proseslərin sonrakı gedişi isə ondan xəbər verir ki, strateji əhəmiyyət daşıyan bu Fondun birbaşa K.Heydərovun nəzarətində qalması məqsədəuyğun sayılmayıb. "Reytinq"ə verilən məlumata görə, K.Heydərov "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın tam fərqli olmasına çalışırmış. "Fövqəlnazir" Nazirlərin Kabinetinin iştirakı olmadan Fond üzərində FHN-nin müstəqil qərarlar verməsini təklif edirmiş. Yəni, K.Heydərov heç kimlə məsləhətləşmədən və icazə almadan Fonda taxıl almağı və istədiyi vaxt onu satmağı planlaşdırırmış. Lakin müzakirələrdən sonra K.Heydərovun bu şəkildə güclənməsinin təhlükəli olacağı bildirilib. Onun iqtidarın çörək siyasətinə də nəzarət etməsinin həddən artıq güclənməsi ilə nəticələnəcəyi vurğulanıb. Buna görə də Fondla bağlı əsas səlahiyyətlər Nazirlər Kabinetinə verilib. K.Heydərov isə bu gerçəkliklə barışmaq məcburiyyətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA