Bakının 8-ci kilometr qəsəbəsnin bazarında yanğın baz verib

img

19-07-2009 [01:16]


İyulun 18-də saat 22.30 radələrində Bakının ?8-ci kilometr? bazarında yanğın baş verib. Lent.az-ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, yanğın bazarın tikinti materiallarının topdansatışı hissəsində başlayıb. Binanın içərisini və damını alov bürüyüb. Alov getdikcə şiddətlənir. Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə, bir neçə təcili tibbi yardım maşını, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlər alovun qarşısını almağa çalışır. Yanğının hansı səbəbdən baş verdiyi, xəsarət alanların olub-olmadığı hələlik bəlli deyil. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, saat 23.45 radələrindın başlayaraq, yanan binanın içərisində bir neçə kiçik partlayış səsi eşidilib və alov şiddətlənib. Bu, içəridə boya və başqa kimyəvi aktiv maddələrin olması ilə izah edilir. Yanğınsöndürənlər hadisənin miqyasının böyüməməsi üçün tədbirlər görürlər. Saat 00.10: Nizami rayon icra hakimiyyətinin başçısı Mehbalı Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, yanğın saat 22.15 radələrində başlayıb və ona bu barədə məlumat verildikdən 10 dəqiqə sonra hadisə yerində olub. O, hadisənin qarşısının alınması üçün mümkün olan hər şeyi etdiklərini bildirib. Saat 00.25: Baş Dövlət Yanğından Mühafizə xidmətinin rəis müavini Rza Xudiyev media nümayəndələrinə açıqlama verib. O deyib ki, yanğın başlayan an bu barədə xidmətə məlumat verilib, lakin ərazidə nəqliyyatın hərəkəti sıx olduğundan yanğınsöndürən maşınlar əraziyə daxil olmaqda çətinliklə üzləşiblər: ?Bu səbəbdən zaman itirildiyi üçün yanğının miqyası bir qədər genişləndi. Hazırda alovun qarşısı qismən də olsa, alınıb. Lakin 3-cü mərtəbədə tikinti materialları çox olduğundan alov güclüdür. Əməkdaşlarımız binanın 4 tərəfindən kəşfiyyat işləri aparır, yanğının güclü olduğu yerləri müəyyənləşdirirlər. Qısa zamanda yanğının söndürülməsinə çalışırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA