Dərman preparatlarından zəhərlənmə halları artıb

img

18-07-2009 [02:23]


Bu ilin altı ayında dərman preparatlarından istifadə zamanı dozanın aşılması nəticəsində 123 zəhərlənmə hadisəsi qeydə alınıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu cür zəhərlənmə halları daha çox yuxugətirici, sakitləşdirici, psixotrop dərman vasitələrinin bilərəkdən artıq dozada qəbulu zamanı baş verib. Toksikologiya Şöbəsinin həkimləri müəyyən ediblər ki, bu hadisələrin bir qismi ailə-məişət problemləri zəminində vətəndaşların özünə sui-qəsd etməsi, digərləri isə isterik, affekt hallarda insanların yaxınlarını qorxutmaq məqsədi ilə terapevtik dozadan nisbətən çox dərman qəbul etməsi nəticəsində baş verib. Toksikologiya Şöbəsindən bildirilib ki, ötən altı ayda daha 53 nəfərin kimyəvi zəhərlənməsinə onların qəbul etdikləri dərmanların əlavə təsiri səbəb olub. Belə ki, xəstəyə həkimin təyin etdyi müəyyən terapevtik dozada verilən dərman müxtəlif səbəblərdən allergiya yaradıb. Bəzi hallarda isə dərman preparatları xəstə tərəfindən ilk dəfə qəbul edildikdən sonra orqanizm əks reaksiya verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA