Millət vəkilləri söz azadlığını müzakirə etdilər

img

17-07-2009 [06:09]


Bu gün Azərbaycan Media Mərkəzində ?Yeni Nəsil? Jurnalistlər Birliyinin təşkilatçılığı ilə ?Jurnalisti peşə fəaliyyətinə görə həbs etmək olarmı?? mövzusunda debat təşkil edilib. Debatda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə iştirak ediblər. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, Ümid Patiyasının sədri İqbal Ağazadə debatda bildirib ki, mətbuatda dəfələrlə özü barəsində xoşagəlməz və təhqiramiz ifadələrin şahidi olub. Onun sözlərinə görə, indiyə qədər heç bir mətbu orqanla və ya jurnalistlə heç bir problemi, məhkəmə çəkişməsi olmayıb: ?Demokratik cəmiyyətin quruculuğunu arzulayan rəsmi şəxslər bu məsələdə özlərini bir qədər boğmalıdırlar. Mən, Azərbaycan mətubatının vəziyyətini və mətbuatda çalışanların bir qisminin hansı yöndə jurnalistika ildə məşğul olduğunu kifayət qədər gözəl bilirəm. Yerigəlmişkən onu da qeyd edim ki, ölkə jurnalistikasında, xüsusən son illərdə bu və ya digər şəkildə cinayət məsuliyyətinə cəlb olunan, azadlıqdan məhrum edilən insanların böyük əksəriyyəti jurnalistlərdir. Çox təəssüflər olsun ki, onlar peşə fəaliyyətinə görə həbs olunsalar da, amma üzərilərinə başqa maddə qoyularaq ittiham edilirlər. Azərbaycan mətbuatının bugünkü durumuna münasibətim tamamilə fərqlidir. Bu yaxınlarda Mili Məclisdə peşə fəaliyyətinə aid olan bir sıra qanun layihələrinə əlavə və düzəlişlər olundu. Jurnalistika ilə bağlı bir bənd var idi ki, ali təhsili olmayan şəxs qəzet redaktoru (baş redaktoru) ola bilməz. Mən bu məsələyə etriaz edənlərdən bir oldum. Çox təəssüflər olsun ki, Azərbaycanda qəzetə təbliğat-təşviqat nöqteyi-nəzərdən yanaşırlar. Amma qəzet biznesin bir növüdür və istənilən sahibkar da bu işlə məşğul ola bilər. ?Diffamasiya haqqında? Qanunun qəbul edilməməsi əslində jurnalitstika peşəkarlığına çox mənfi təsir göstərir. Düzdür, mətbuatımızda söyüşlər, təhqirlər var. Amma nəzərinizə çatdırım ki, bu ənənəni də Azərbaycan mətbuatına mövcud iqtidar gətirib. Söyüş qəzetlərinin arxasında iqtidardakı məmurlar dayanır. Adını çəkmək istəmədiyim televiziya kanalları 2004-2005-ci illərdə nələr nümayiş etdirmədilər, dediyimiz jurnalistikaya nələr gətirmədilər. Məsələnin mahiyyəti budur. Qanunun hələ də qəbul edilməməsinə səbəb isə, cəmiyyətin bu şəkildə idarə edilməsidir?. Millət vəkili Nizami Cəfərov isə deyib ki, az-çox elmlə, siyasətlə məşğul olan, cəmiyyətin nisbətən müəyyən səviyyəsinə çatmış insanların demək olar ki, hamısı təhqir olunublar: ?O cümlədən, mənim haqqımda da müəyyən sözlər deyilir. Mən heç bir jurnalisti nəin ki, həbs elətdirməmişəm, hətta bu barədə düşünmək belə ağlıma gəlməyib. Bildiyiniz kimi, mən bu yaxınlarda hörmətli Rüstəm İbrahimbəyovla problem yaşadım və məhkəmə də oldu. Mətbuat orqanları bu mövzunu o qədərdə böyütdülər və elə səviyyəyə gətirdilər ki, artıq biz bir-birmizə mətbuatda nəlayiq sözlər işlətməkdən belə çəkinmədik. Ona görə də düşünürəm ki, necə ki, müəllimi, o cür də jurnalisti həbs etmək olar. Mili Məclisə ?KİV haqqında? Qanuna əlavə və düzəlişləri bizim komitə təqdim etdi. Ümumiyyətlə, bu, o qədər də prinsipial məsələ deyil. Mətbuat orqanının baş redaktoru və redaktoru mütləq ali təhsilli olmalıdır. Çünki bu sahədə həddindən artıq qeyri-peşəkarlıq mövcuddur. Məsələn, Türkiyədə bu sahəyə sahibkarlıq fəaliyyəti kimi baxırlar. Amma bununla yanaşı orada sahibkarlıq fəaliyyəti bu peşəkarlıqla tətbiq olunmur. Yəni, orada peşəkar jurnalistlər çalışırlar. Bundan əlavə, mətbuatın özündə cəmiyyətin ümumi ictimai düşüncə mədəniyyətindən irəli gələn obyektivlik olur. Bizdə təxminən, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində mətbuat bumu yaşanaraq külli miqdarda yarandı. Lakin indi həmin mətbuat yoxdur. Yəni, hər hansı bir emosional mühitdə çıxırıq, amma sonra peşəkar mühitdə tətbiq edib uyğunlaşdıra bilmirik. Düzdür, iqtidar mətbuatında da qeyri-peşəkarlıq mövcuddur. Heç kimə sirr deyil ki, müxalifət mətbuatı iqtidar mətbuatından daha çox oxunur. Amma müxalifət mətbuatında fikrin ayağı ilə başını aydınlaşdırmaq olmur. İqtidar mətbuatında isə nə qədər olmasa da dil və bədii üsluba diqqət yetirilir. Etiraf etmək lazımdır ki, müstəqil fikri demək bütün dövrlərdə çətin olub və bundan sonra da çətin olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA