Ramil Səfərovun atası oğlu barədə danızmaq istəmir

img

17-07-2009 [02:47]


Macarıstanda erməni zabitini qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Milli Ordumuzun baş leytenantı Ramil Səfərov cəzasının qalan hissəsini Azərbaycanda çəkə bilər. Bu barədə mətbuata açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin təşkilat nəzarət idarəsinin rəisi Musa Hümbətov deyib. Ramil Səfərovun ailəsi isə bu məlumatı şərh etmək istəməyib. Baş leytenantın atası Sahib Səfərov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında mətbuatda tez-tez oğlu barədə informasiyaların dərc edilməsinə ehtiyac olmadığını deyib. Sahib Səfərov mövqeyini ermənilərin Azərbaycan mətbuatında dərc edilən yazıları Ramil Səfərovun əleyhinə çevirmələri ilə əsaslandırıb. Məhkum hərbiçinin atası oğlunun taleyinin Azərbaycan ictimaiyyəti ilə yanaşı, erməni lobbisinin də diqqət mərkəzində olduğunu vurğulayıb. Sonda atası Ramil Səfərovun səhhətinin normal olduğunu deyib. Oğlu ilə hər həftə danışdıqlarını söyləyən Sahib Səfərov məhkum hərbçinin saxlanma şəraitindən hər hansı şikayətin olmadığını da bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA