?Donuz qripi? təhlükəli həddə çatıb: virus mövcud dərmanlara qarzı dözümlü xarakter alır

img

17-07-2009 [02:45]


?Donuz qripi? (AH1N1) qeydə alınan ölkələrin vətəndaşları Azərbaycan ərazisinə daxil olarkən ciddi şəkildə yoxlanılır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov məlumat verib. Onun sözlərinə görə, xarici ölkə vətəndaşları Azərbaycan ərazisinə daxil olmazdan əvvəl hava limanında həkim müayinəsindən keçirlər: ?Müayinənin nəticələri qənaətbəxş olduğu halda həmin şəxsin ölkə ərazisinə daxil olmasına icazə verilir. Əks halda həmin şəxs ölkədən xaric olunur?. Ş.Qurbanov bildirib ki, ölkə ərazisindəki bütün laboratoriyalar xəstəliyə qarşı müvafiq avadanlıqlarla təmin olunub. Maarifləndirmə işində isə kütləvi informasiya vasitəlrinin köməyindən istifadə edilir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə Müstəqil İnformasiya Agentliynə açıqlamasında sözügedən xəstəliklə bağlı artıq ölkə razisində monitorinq aparılmadığını bildirib. Y.Xanvəli buna səbəb kimi ?donuz qripi?nin heyvanlar arasında deyil, insanlar arasında yayılması olduğunu söyləyib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ən son məlumatlarına əsasən, ?donuz qripi?ndən (AH1N1) ölənlərin sayı daha da artır və virus artıq mövcud dərmanlara qarşı dözümlü xarakter alır. ÜST xəbərdarlıq edir ki, payızdan etibarən vəziyyət daha da təhlükəli olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA