ETSN ətraf mühitin mühafizəsinə yönəlmiz tədbirləri davam etdirilir

img

17-07-2009 [02:40]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 06-13 iyul tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 24 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 11 göstəriş verilib. Atmosfer havası üzrə 1 akt tərtib olunmuş, 5 məcburi göstəriş verilib. Su ehtiyatları üzrə 1 akt tərtib olunub. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 12 akt və protokol tərtib olunmuş, 6 məcburi göstəriş verilib. 2 iş üzrə 8500 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 6 akt və protokol tərtib olunmuş, 3 iş üzrə 14500 manat məbləğində cərimə tətbiq edilib. Yerin təkinin mühafizəsi sahəsində 4 akt və protokol tərtib olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA