Generalın qətli ilə bağlı aparılan istintaq yekunlazmayıb

img

17-07-2009 [02:34]


Müdafiə nazirinin müavini, general Rail Rzayevin qətli ilə bağlı istintaq davam edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Respublikası Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, istitaqın nə vaxt yukunlaşacağı bəlli deyil: ?İstintaq Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən aparılır. Yaradılmış istintaq qrupu tərəfindən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaqın nə vaxt yekunlaşacağı hələki bəlli deyil?. E.Sultanov həmçinin deyib ki, istintaqın gedişatı barədə ictimaiyyətə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA