Ali Hərbi məktəblərə qəbul üçün müsabiqə keçirilir

img

17-07-2009 [02:04]


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi müraciətinə əsasən, 2009/2010-cu tədris ili üçün 3 ixtisas qrupu üzrə qəbul imtahanlarında 250-dən yuxarı bal toplamış ( ?riyaziyyat? fənnindən nisbi balı 50-dən az olmayan ), həmçinin 1 ixtisas qrupu üzrə qəbul imtahanında 200-dən yuxarı bal toplamış ( ?riyaziyyat? və ?fizika? fənlərindən nisbi balı 10-dan az olmayan) oğlan abituriyentlərin (yalnız Azərbaycan Respublikasının vətəndaşları ) Azərbaycan Ali Hərbi Məktəblərinin boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına 2009-cu il iyulun 18-dən, 27-dək təqdim etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA