Təhsil zöbələrinin müdirlərinə xəbərdarlıq edildi

img

17-07-2009 [01:55]


Təhsil Nazirliyi təzəcə başa çatan tədris ilində ümumtəhsil müəssisələrində oxuyan şagirdlərin iştirakı ilə keçirilmiş müxtəlif fənn olimpiadaları üzrə yekun nəticələr barədə məlumat açıqlayıb. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, olimpiadaların rayon (şəhər) mərhələsinin I turunda 48651, II turunda 8976, respublika turunda 1105 nəfər iştirak edib. Respublika turunda Bakı, Naxçıvan, Sumqayıt, Şirvan şəhərləri, Zərdab, İsmayıllı, Zaqatala, Şəmkir, Qazax, Qax, Tovuz, Cəlilabad, Ucar, Balakən, Beyləqan, Ağcabədi, Tərtər, Oğuz, Şərur, Ordubad, Babək, Culfa rayonlarının şagirdləri daha çox fərqlənərək mükafata layiq yerlər tutublar. Ötən illərdə olduğu kimi, bu dəfə də respublikamızda fəaliyyət göstərən ?Çağ? Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdləri fənn olimpiadalarının yekun turunda üstünlük təşkil edib. Bu liseylərin 45 nəfər şagirdi I-IV yerlərə layiq görülüb. Təhsil Nazirliyindən bildirilib ki, olimpiadalarda bəzi rayonların məktəblərini təmsil edən şagirlərin ?0? bal toplaması ciddi nöqsan kimi qəbul olunub. Nazirlik fənn olimpiadalarına hazırlıq sahəsində lazımi əməli tədbirlər həyata keçirmədiklərinə görə bir sıra rayon təhsil şöbələrinin işindən narazı qalıb. Buna görə də Göygöl, Şamaxı, Cəbrayıl, Lerik, Ağsu, Qobustan, Laçın və Xocavənd rayon təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq da edilib. Təhsil naziri Misir Mərdanovun müvafiq əmri ilə 2009-cu ildə keçirilən olimpiadalarda şagirdləri I dərəcəli diploma layiq görülmüş müəllimlərin hər birinə isə 115 manat məbləğində mükafat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA