Metronun havalandırma sistemi günün bütün saatlarında normal izləməlidir

img

17-07-2009 [01:51]


Hidrometeoroloqlar qarşıdakı günlərdə havaların kəskin istilərlə müşayiət olunacağını proqnozlaşdırırlar. Yay mövsümü başlayandan bəri Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına 26 nəfər günvurma diaqnozu ilə müraciət edib. Həkimlər saat 11-dən 18-dək Günəş şüaları altında gəzməməyi məsləhət görürlər. Havaların isti keçdiyi günlərdə isə ictimai nəqliyyatdan istifadə edən şəhər sakinlərinin əksəriyyəti metroya üstünlük verirlər. Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva Müstəqil İnformasiya Agentliyinə bildirib ki, metronun havalandırma sistemi günün bütün saatlarında normal vəziyyətdə işləyir. Yeraltı tunellərdə qurulan havatəmizləyici sistem çöldəki havanı şaxtaya vurur, içəridəkini isə çölə çıxarır. Hazırda metiroda 36 belə ventilyasiya şaxtası var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA