Məleykə Abbaszadədən imtahanlardakı nəzarətçilərə xəbərdarlıq

img

17-07-2009 [01:28]


?İmtahan zamanı abituriyentlərin köçürməsinə yol verən nəzarətçilər cəzalandırılacaq?. Müstəqil İnfirmasiya Agentliyinin xəbərinə görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbat konfransında deyib. TQDK sədri bildirib ki, araşdırmalar nəticəsində hansı imtahan zalında abituriyentlərin bir-birindən köçürməsi məlum olub. Jnun sözlərinə görə, istər imtahana qadağan olunmuş vasitələrlə gələn, istərsə də imtahan zamanı bir-birindən köçürən abituriyentlərin imtahan nəticələri ləğv olunur. Nəzarətçilərə gəlincə. M.Abbaszadə daha sərt danışıb: "Həmin imtahan zalında olan imtahan rəhbəri və nəzarətçiyə qarşı da administrativ cəzalar tətbiq olunacaq. III qrupda köçürmədə istifadə edən abituriyentlərin ümumi balı 250-dən, I qrupda isə 200 baldan yuxarı deyil. Onsuz da onlar ali məktəblərə qəbul ola bilməyib. Köçürməyə şərait yaradan nəzarətçilərin adları məlumdur. Həmin nəzarətçilər növbəti dəfə imtahan buraxılmayacaq. Bütün imtahanlar başa çatandan sonra biz o nəzarətçilərdən izahat tələb edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA