çəzaçəkmə müəssisələrində məhkumlara hüquqi yardım göstərilir

img

16-07-2009 [07:39]


Bu gün Ədliyyə Nazirliyi və Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitə kütləvi informasiya nümayəndələri üçün seminar keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təlimdə Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimayyətlə əlaqələr şöbəsinin rəisi Faiq Qurbanov, Penitensiar Xidmətin şöbə rəisi Musa Hümbətov, İctimai Komitənin koordinatoru Sahib Məmmmədov və hüquq müdafiəçisi Əliməmməd Nuriyev iştirak edib. Son illər Penitensiar Xidmət sahəsində aparılan islahatlara diqqət çəkən Faiq Qurbanov jurnalistlər üçün keçirilən belə tədbirlərin sonuncu olmayacağına ümid etdiyni vurğuladı: ?Çünki bu sahədə maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Məhkumların azad cəmiyyətə adaptasiyası üçün onların üzərində ictimai qayğı olmalıdır. Cinayət törədən hər bir şəxs cəzaçəkmə müəssisəsində islah olunaraq cəmiyyətə qayıtmalıdır. Azərbaycanda cəzaçəkmə müəssisələrində vaxtaşırı olaraq İctimai Komitə tərəfindən monitorinqlər keçirilir. Hər bir başçəkmədən sonra rəy yazılaraq ədliyyə nazirinə təqdim olunar. Həmin rəydə cəzaçəkmə müəssisəsində rastlaşılan vəziyyət əvvəlki başçəkmədən sonra görülən işlər barədə rəylər əksini tapır?. F.Qurbanovun sözlərinə görə artıq İctimai Komitənin üzvləri cəzaçəkmə müəssisələrində məhkumlarala hüququi yardım göstəriləcək: ?Hər bir cəzaçəkmə müəssisəsinə səfərdən öncə orada elan verilir. Bugunədək 4 cəzaçəkmə müəssisəsində 59 məhkuma hüquqi yardım göstərilib. Bütün bu işlər Ədliyyə Nazirliyin də marağındadır?. F.Qurbanovun sözlərinə görə, nazirliyin internet saytının yeniləndirilməsi istiqamətiqndə iş aparılır: Artıq bununla bağlı təkliflər hazırlanıb və yaxın vaxtlarda təkmilləşdirmə işlərinə başlanılacaq. Amma nazirliyə göndərilən rəy sorğularının sayı azdır. İl ərzində təxminən 8-10 müraciət daxil olur?. İctimai Komitənin koordinatoru Sahib məmmədovun qənaətinə görə, Cəzaçəkmə müəssisələrində məhkumlara göstərilən psixoloji yardımın vəziyyəti ilə bağlı ?Üç nöqtə?nin sualını cavablandıran F.Qurbanov cəzaçəkmə müəssisələrində artıq psixoloq ştatlarının ayrıldığını bildirdi: ?Lakin bü sahədə komplektləşmə hələ başa çatmayıb. Ədliyyə Nazirliyi ilə Bakı Dövlət Universiteti ilə razılaşma əldə edilib. Həmin razılaşmaya görə BDU-nun psixologiya fakültəsinin məzunları ədliyyə sistemində təcrübə keçsin. Sonradan isə onların bu sahədə işlə təmin olunmasına yardım göstərilsin. Lakin bir problem mövcuddur ki, əksər şəxslər cəzaçəkmə müəssisəsəlrində işləmək istəmirlər?. Penitensiar Xidmətin Təşkilat-nəzarət İdarəsinin rəisi Musa Hümbətov isə hazırda Penitensiar Xidmətdə 25 psixoloq fəaliyyət göstərdiyini vurğuladı: ?Onlardan iki nəfəri baş idarədə qalanları isə cazaçəkmə müəssisələrində işləyir. Penitensiar xidmətdə işləmək üçün müraciət edənlər arasında kişilər azlıq təşkil edir. Qadınlar isə imtahanlarda uğur qazansa da, sonradan pcazaçəkmə müəssisələrinə getmək istəmir. Lakin cəzaçəkmə müəssələrinin psixoloqlara təmin edilməsinə böyük diqqət ayrılır. Ötən il Rusiyaya 6 nəfər təhsil almağa göndərilirb. Bu ilə əlavə 10 nəfərin bu sahədə təhsilə cəlb olunacağı gözlənilir?. Azərbaycanının cəzaçəkmə müəssisələrində insan layəqətinin alçaldılmasına yol verilmir: ?Əgər kimsə cəmiyyətdə öz ləyaqətini qoruya bilirsə, büunu cəzaçəkmə müəssisəsində də edə bilər və bunun üçün bütün imkanlar var?. Komitənin üzvü Əliməmməd Nuriyev ?Azərbaycanda cəzaların icrasının qanunvericilik əsasları?, ?Pentensiar Xidmətin cəzaçəkmə müəssisələrində rejim qaydaları? mövzusunda çıxış etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA