Saxlanma müddəti bitmiz kolbasalar, süd məhsulları, içkilər satızdan çıxarıldı

img

16-07-2009 [05:27]


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 15-də növbəti monitorinqləri keçirib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, budəfəki monitorinqlər zamanı Bakının Binəqədi rayonunda ?Universal market?də, ?İlkin market?də, ?Tayqa market?də, ?Yurd market?də, Nəsimi rayonunda ?Gold market?də, Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən ?Rafaello? pərakəndə ticarət mağazasında və Tovuz rayonunun Qovular qəsəbəsindəki ?Nar market?də ümumi çəkisi 200 kiloqramdan çox saxlanma müddəti ötmüş ərzaq məhsulları - kolbasa, qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, mayonezlər, və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Nəsimi rayonunda ?Kəmalə? kiçik müəssisəsinə məxsus ?Rəşad market?də aparılmış yoxlama zamanı mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş mallar aşkarlanmayıb. Sumqayıt şəhərində Ayaz Kərimova məxsus tikinti materialları mağazasında 4,2 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb. Qanun pozuntusuna yol vermiş 8 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA