DSX sərhəddə baz verən atızma ilə bağlı məlumat yayıb

img

16-07-2009 [04:19]


Dövlət Sərhəd Xilməti (DSX) Baləkəndə istiqamətində baş verən atışma ilə bağlı rəsmi məlumat yayıb. DSX-nin mətbuat mərkəzindən Müstəiql İnformasiya Agentliyinə daxil olan məlumata görə, 16 iyud 2009-cu il saat 03.00-da Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd bəstəsinin ərazisində, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə ilədövlət sərhədi yaxınlığında , Baləkən rayonu Mahamalar kənddi istiqamətində səyyar sərhəd xidmətini təşkil etmiş sərhəd naryad tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin dövlət sərhəddimizi qanunsuz pozmaq cəhdinin qarşısını alıb. Məlumatda qeyd olunur ki, mütəşəkkil silahlı dəstənin üzvləri tərəfindən sərhəd naryadına qarşı odlu silah tətbiq edilib, nəticədə sərhəd naryadınınüzvü əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Cavab atəşi nəticəsində dəstənin üzvlərindən biri ? hazırda şəxsiyyəti dəqiqləşdirilən xarici ölkə vətəndaşı öldürülüb, digər dəstə üzvü isə yaralanıb. Dəstənin digər üzvləri isə qaçmağa müvəffəq olublar. Hadisə ilə əlaqədar dərhal zəruri tədbirlər görülüb, əraziyə DSX-nin çevik bölmələri cəlb olunub. Silahlı dəstə üzvlərinin izlənilməsi zamanı onların atıb qaçdıqları səhra kisələrində xeyli miqdarda əl qumbaraları, hərbi sursat, dağlıq ərazidə uzun müddət qalmaq üçün təyinatı olan ərzaq, geyim əşyaları və digər ləvazimatlar götürülüb. DSX baş vermiş hadisəylə bağlı Respublika Prokurorluğuna, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə məlumat verib. Fakt üzrə Respublika Prokurorluğu tərəfindən CM-nin 29, 120-ci (qəsdən Adam öldürməyə cəhdetmə), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunzus keçmə) maddələri ilə cinayət işi açılıb. DSX-dən onu da bildirriblər ki, mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin aşkar edilərək, yaxalanması üzrə birgə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA