Eyyub Hüseynov: "Gecələr Təzə Bazarın arxa tərəfində murdar olmuz hevanların ətini satırlar"

img

16-07-2009 [02:15]


Bazarlarda satılan ətin tərkibində brüselyoz daşıyıcılarının olub-olmaması yoxlanılmır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, istehlakçılar bazarlardakı vəziyyətdən narazıdırlar: ?Hər gün bununla bağlı bizim təşkilata 4-5 telefon zəngi daxil olur. İstehlakçıların çoxu vəziyyətdən narazıdırlar. Bazarlarda satılan ətin tərkibində brüselyoz daşıyıcılarının olub-olmaması yoxlanılmır. Bu xəstəlik insana çiy ət vasitəsilə keçə bilər. Xüsusilə ət yaxşı bişirilmədikdə insan sağlamlığı üçün təhlükə yaranır. Bununla bağlı reydlər keçirə bilməsək də, daxil olan telefon zənglərini ümumiləşdirib maarifləndirmə işləri aparırıq. Səhər saatlarında Bakı bazarlarına üz tutsaq görərik ki, yüzlərlə kəsilmiş heyvan ətinin üzərində baytar həkiminin icazəsi əks olunmuş nişanlar var. Lakin bunların heç biri brüselyoza qarşı yoxlanılmayıb. Digər bir problem isə mənşəyi məlum olmayan məhsulun satışıdır. Hətta, rayonlarda xüsusi şəxslər var ki, onlar murdar olmuş heyvan ətini qəbul edirlər. Təəssüflər olsun ki, həmin ətlər gecələr Təzə Bazarın arxa tərəfində olan xüsusi yerdə qeyri-qanuni şəkildə satılır. Bəzi yerlərdə isə ətin satışı antisanitar şəraitdə həyata keçirilir. Əhali bilmir ki, əti isti yay günlərində yarım saat açıq havada saxladıqda hər kubsantimetrində 1 milyona qədər zərərli bakteriyalar yaranır. Üstəlik əti soyuducudan çıxarıb donunu açıb yenidən dondurduqda ətin tərkibindəki bakteriyalar daha da fəallaşır. Buna görə də əhaliyə tövsiyyə edirik ki, əti ayrı-ayrı hissələrə ayırdıqdan sonra soyuducuya yerləşdirsinlər?. AİB sədri həmçinin deyib ki, ətin kəsilməsi mərkəzləşdirilmiş qaydada aparılmalı və kəsilən heyvan mütləq baytar müayinəsindən keçməlidir: ?Aparılan işlər nəticəsində yalnız Sabirabad rayonunda ətin mərəkəzləşdirilmiş qaydada kəsilməsinə nail olmuşuq. Heyvanlar kəsilməzdən öncə və sonra mütləq baytar müayinəsindən keçməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA