Qeyri-sabit, küləkli hava zəraiti iki gün davam edəcək

img

16-07-2009 [01:11]


?Qeyri-sabit, küləkli hava şəraiti Bakı və Abşeron yarmadasında iyul ayının 16 və 17 davam edəcək. İyul ayının 17-də isə gündüz saatların da küləyin əsməsinə baxmayaraq, 30-34 dərəcə isti olacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev yaxın günlərdə hava şərəiti ilə bağlı proqnoz verərkən belə deyib. Onun sözlərinə görə, iyul ayının 17 şimal qərb küləyi əsəcək: ?İyul ayının 18 və 19 şimal küləyi nisbətən zəifləyəcək. Temperatur gündüz saatlarında 32-35 dərəcə, iyul ayının 19 da isə gündüz saatlarını 35-37 dərəcə isti ilə müşahidə olunacaq. İyul ayının 18 və 19 temperaturun bir qədər yüksəlməsi gözlənilir. Bölgələrdə iyul ayının 17 yağmursuz hava şəraiti, ancaq bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bölgələrdə qərb küləklərin əsməsi bir qədər güclənəcək. Tempraturların iyulun 17 də gündüz saatlarında 34-38 dərəcə isti olacağı bildirilir. İyulun 18 və 19 da yağmursuz hava şəraiti, dağlıq rayonlarda isə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Eyni zamanda qərb küləyi əsəcək, arabir güclənəcək. Bölgələrdə tempraturlar gündüz saatlarında 35-39 dərəcə isti ilə müşahidə olunacaq. İyul ayının 18 də isə temperaturlarda bir qədər yüksəlmə qeydə alınacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA