TQDK sədri I qrup imtahanının nəticələri, IV qrup imtahanlarına hazırlıqla bağlı konfrans keçirəcək

img

16-07-2009 [12:34]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul kampaniyasının gedişinə həsr olunmuş həftəlik mətbuat konfransı keçirəcək. TQDK mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, tədbirdə I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri, IV qrup imtahanlarına hazırlıq və digər məsələlərə toxunulacaq. Konfrans sabah - 2009-cu il iyulun 17-də saat 11.00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının binasında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA